Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi

31 mart 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi.
      Soyqırımı qurbanlarının xatirəsi sükutla yad edildi.
      Giriş nitqi ilə çıxış edən  rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 1918-ci ilin martında ermənilərin  azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk  siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Bu gün dövlət başçısı və Heydər Əliyev Fondunun rəhbərliyi ilə xalqımızın başına gətirilmiş soyqırımı aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün dünyanın aparıcı dövlətlərində hökumət səviyyəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir. Bu siyasətin nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərinin qanunverici orqanlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair, Xocalı soyqırımını tanıyan və pisləyən qətnamə və bəyanatlar qəbul edilmişdir. Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində qırğın törədilməsi faktı tanınmışdır. Eyni zamanda ABŞ-ın bir çox ştatının qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə 1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin insanlıq tarixində ən dəhşətli hadisələrdən olduğu vurğulanmışdır.
      Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova 1918-ci il Mart soyqırımına dair geniş məruzə etdi.
      Məruzə ətrafında YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, tarixçi Araz Qurbanov çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası nəticəsində dünya dövlətlərinin bir sıra parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırdılar. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar. Bu hadisələrin gələcək nəslə ötürülməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu bildirdilər.

Keçidlər