Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

14 mart 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 19 nəfər vətəndaş qəbul edildi.
      Qəbulda Şingədulan kənd ərazi icra nümayəndəliklərində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə video-konfransla bir vətəndaş qəbul edilərək dinlənildi.
      Vətəndaşlar tərəfindən səsləndirilən işlə təmin olunma, ünvanlı dövlət sosial yardımın verilməsi, torpaq məsələləri, yaşayış evinin qəzalı vəziyyətdə olması, mənzil kirayə haqqının ödənilməsi, bayram payı istəməsi və maddi yardım verilməsi barədə müraciətlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər