Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məsullarının satış yarmarkası keçirildi
13 mart 2017-ci il tarixdə gün ərzində Heydər Əliyev meydanında Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edildi.
Yarmarkada bayram süfrəsi üçün lazım olan müxtəlif çeşiddə ərzaq məhsulları, meyvə-tərəvəz, şirniyyat, çərəzlər, ət-süd, balıq və digər məhsulları bazar qiymətlərinə nisbətən 20-30 faiz ucuz alıcılara təklif edilirdi.
Yarmarkada süni qiymət artımının və eləcə də bəzi satıcılar tərəfindən baş verə biləcək sui-istifadə hallarının qarşısının almaq məqsədi ilə rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirildi.
Yaradılan şərait və satış qiymətləri ilə bağlı razılıq bildirən sakinlər belə yarmarkaların təşkil edilməsinin əhəmiyyətini qeyd edərək bayramqabağı göstərdiyi bu təşəbbüsə görə rayon icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər.