Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir

05 oktyabr 2012 | 15:00

Oktyabrın 4-də Lerik rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyuldu.
Tədbir Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində davam etdirildi. Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov çıxış edərək bu əlamətdar gün münasibəti ilə müəllimləri təbrik etdi, xoş arzularını çatdırdı.
Tədbirdə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, əməkdar müəllim Gültəkin Şıxəliyeva, Vizəzəmin kənd tam orta məktəbinin məzunu, Prezident təqaüdçüsü Nərmin Əmirovanın anası Nüşabə Əmirova, qocaman təhsil işçisi Özübəy Quliyev, rayon təhsil şöbəsinin əməkdaşı Fəxrəddin Muradov, Lerik şəhər uşaq bağçasının müdiri Lalə Əliyeva və başqaları çıxış edərək təbriklərini çatdırdılar.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək təhsil işçilərini əlamətdar gün münasibəti ilə rayon rəhbərliyi adından təbrik etdi, onlara bundan sonrakı fəaliyyətində uğurlar arzuladı.
Şagirdlərin ifasında şeirlər ifa edildi, rəngarəng musiqi nömrələri səsləndirildi.
Təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.
 

Keçidlər