Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

28 fevral 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Qosmalıan və Çayrud kənd ərazi icra nümayəndəliklərində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə video-konfransla iki vətəndaş qəbul edilərək dinlənildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 28 nəfər vətəndaş qəbul edildi.
      Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, mənzil kirayə haqqının ödənilməsi, ünvanlı dövlət sosial yardım istəməsi, torpaq məsələləri, bank-kredit məsələləri, ev tikintisi, yaşayış evinin qəzalı vəziyyətdə olması, maddi yardım verilməsi ilə bağlı olmuşdur.
      Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
      Rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmaqla vətəndaşa müvafiq izahat verildi.

Keçidlər