Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi
Lerik şəhəri, “Şəhidlər” abidə kompleksində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə müəssisə və təşkilat kollektivlərinin, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi.
Öncə mərasim iştirakçıları “Şəhidlər” abidə kompleksinin qarşısına tər gül-çiçək dəstələri düzərək Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etdilər.
Sonra rayon Mədəniyyət Mərkəzi və Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin birgə hazırladığı Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayiş etdirildi. Məktəbli şagirdlərin ifasında şeirlər səsləndirildi.