Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

21 fevral 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 17 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
      Qəbul edilmiş  vətəndaşlar əsasən müvafiq işlə, xəstə uşağının müalicə olunması, maddi yardım göstərilməsi, ev tikintisinə, torpaq sahəsinin sənədləşdirilməsinə və s. məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
      Vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təkliflərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər