Lerik rayonunda qarın qalınlığı 1 metrə çatdı.
14 fevral 2017 | 16:00
12 fevral 2017-ci il tarixdən başlayaraq hal-hazıradək Lerik rayonuna güclü qar yağır. Qarın qalınlığı ucqar dağ kəndlərində 80 santimetrdən 1.00 metrə qədər, rayon mərkəzində və digər yaşayış məntəqələrində isə 60-70 santimetrdir.
Hal hazırda 52 nömrəli Yol İstismar MMC-nin texnikaları tərəfindən avtomobil yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır.