2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirildi
02 fevral 2017-ci il tarixdə Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Lerik şəhəri, “NUR” şadlıq sarayında 02 fevral Gənclər Günü ilə əlaqədar "Gəncliyim – işıqlı sabahım" adlı mədəni kütləvi tədbir keçirildi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon gənclər və idman İdarəsinin, təhsil şöbəsinin, YAP Lerik Rayon Təşkilatının məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər, yeniyetmələr, rayon mədəniyyət mərkəzinin musiqi kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə iştirak edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov, YAP Rayon Təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik etdilər, gənclərə xoş arzularını çatdıraraq onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Azərbaycanda gənclər siyasətinin hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu qeyd etdilər. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıdığını, bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyinin inkişafı naminə təsdiq etdiyi bir çox dövlət proqramlarının uğurla icra olunduğunu, gənclərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həlli istiqamətində daim tədbirlər görüldüyünü diqqətə çatdırdılar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənci diplomlarla təltif edildi.
Daha sonra tədbir rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin ifasında rəngarəng musiqi nömrələri ilə davam etdi.