Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 36 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Barzavu kənd sakini, şəhid atası Tərlan Həmidov səhətində problemlər olduğundan müalicə olunmasına, Lerik şəhər sakinləri, şəhid bacısı Mətanət İbrahimova oğlunun, Ceyhun Məmmədov, Blaband kənd sakini Həbib Diniyev oğlunun, Mastail kənd sakini Tofiq Məmmədov, oğlunun, Hamarmeşə kənd sakini Ehram Salmanov, Pirəsora kənd sakini Həzər Mirzəyev, Anbu kənd sakini Tahir Həbibov oğlunun və Nüvədi kənd sakini Nürəddin Ağayev müvafiq işlə təmin olunmalarına, Noda kənd sakini Aydın Məmmədov yanmış evinin təmiri üçün tikinti materialının verilməsinə, Tikəband kənd sakini Ağamoğlan Nəbiyev Tikəband kəndinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.