Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

20 Yanvar faciəsinin 27-ci il dönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi

20 yanvar 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksində anım mərasimi keçirildi.
      Rayon icra hakimiyyəti başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. 
      Anım mərasimi rayon mədəniyyət mərkəzi və şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin hazırladığı bədii kompozisiya ilə davam etdirildi. 
      Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.

Keçidlər