Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 37 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Şonaçola kənd sakini, şəhid anası Meygül Məhərrəmova yaşayış evi ilə təmin olunmasına, Lerik şəhər sakinləri Ramiz Ağayev həyətyanı torpaq sahəsinin ayrılmasına, Bünyadov Əlifağa gəlininin, Kamal Əzizov, Seymur Təhməzov, Rəzəvul kənd sakini Möhübbət Nəsirov oğlunun, Hamarmeşə kənd sakini Ehram Salmanov, Pirəsora kənd sakini Yasir Əhədov, Soru kənd sakini Tural Həsənov və Vov kənd sakini Rüfət Babayev müvafiq işlə təmin olunmalarına, Livədirqə kənd sakini Bənövşə Əliyeva evinin dam örtüyünün təmirinə, Gürdəsər kənd sakini Tapdıq Hüseynov Əliabad-Gürdəsər avtomobil yolunun təmirinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.