Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi

31 dekabr 2016 | 16:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.

      Bayram tədbirini Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin 9-cu sinif şagirdi Ləman Hadıyeva  açıq elan edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
      Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək rayon icra hakimiyyəti başçısının rayon əhalisinə xoş arzularını və təbriklərini çatdırdı.  Son illər Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində 2016-cı ilin də uğurla başa vurulduğunu qeyd etdi. Respublikamızda olduğu kimi bu il rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq  işləri barədə məlumat verdi. 2017-ci ildə qarşıya mühüm vəzifələrin qoyulduğunu qeyd edən natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün artıq hər il dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən təntənə ilə keçirildiyini diqqətə çatdırdı. Bu uğurların 2017-ci ildə də davam edəcəyinə əmin olduğunu bildirdi.
      Daha sonra rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi.
      Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.
Keçidlər