Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

13 dekabr 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 13 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
      Lerik şəhər sakinləri Bəhlul Rəhimov yeni tikilmiş evinə su xəttinin çəkilməsinə, Qələmirzə Hüseynov oğlunun, Aqil Məmmədov, Lələdulan kənd sakini Daşqın Nəcəfov və Noda kənd sakini İlhamə Məmmədova müvafiq işlə təmin olunmalarına, Noda kənd sakini Aydın Məmmədov yanmış evinə görə, Monidigah kənd sakini Teymur Əliyev maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş etdilər.
     Qəbulda vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər