Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerikdə Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə inşa edilmiş həkim məntəqəsi istifadəyə verilmişdir

16 sentyabr 2012 | 15:00

Sentyabrın 15-də Lerik rayonunun Şingədulan kəndində Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə inşa edilmiş həkim məntəqəsi istifadəyə verilmişdir.
Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Lerik rayonunun Şingədulan həkim məntəqəsinin yenidən tikintisi” layihəsinə əsasən tikilmiş birmərtəbəli, 8 otaqdan ibarət yeni səhiyyə ocağında 17 nəfər tibb işçisi çalışır.
Həkim məntəqəsinin açılış mərasimində Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri səfiri Şusuke Vatanabe və başqaları çıxış edərək həkim məntəqəsinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik etmişlər.
Mərasimdə regionlarda sosial məsələlərin həllində yaxından iştirak edən Yaponiya Hökumətinə kənd sakinlərinin minnətdarlığı ifadə olunmuşdur.
Həkim məntəqəsinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları tibb müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşlar.
 

Keçidlər