Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

İcra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

06 dekabr 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Öncə Operativ İdarəetmə Mərkəzi ilə Piran kənd inzibati ərazi dairəsindən olan vətəndaş qəbul edildi. Siyov kənd sakini Yeganə Məmmədova işsiz olduğunu və 4 azyaşlı uşağının olmasını nəzərə alıb ona maddi yardım göstərilməsini xahiş etdi. Rayon icra hakimiyyəti başçısı maddi yardım göstərilməsi üçün vətəndaşa rayon icra hakimiyyətinə yazılı müraciət etməsini bildirdi. Vətəndaşın ərazidə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda vakant iş yeri yaranacağı halda qanunamüvafiq qaydada işlə təmin olunması üçün başçının müavini Arzu Vəliməmmədovaya və ərazi icra nümayəndəsi Bilal Heydərova göstəriş verdi.
     Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 10 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
     Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər