Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 14 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Musavar kənd sakini, şəhid atası Əmir Ağayev yaşayış evinin dam örtüyünün təmiri üçün şifer materialının verilməsinə, Lerik şəhər sakinləri Nəzakət Həsənova övladına məxsus həyətyanı torpaq sahəsini satılmasına və Quliyev Xadis maddi yardım göstərilməsinə, Xəlifəküçə kənd sakini Sidiqə Bağırova və Bilnə kənd sakini Seymur Əliyev müvafiq işlə təmin olunmaqlarına, Brkandul kənd sakini Reyhan Əliyeva ayrılmış elektrik xəttinin şəbəkəyə qoşulmasına, Ağqışlaq kənd sakini Ramiz Quliyev əkin üçün bələdiyyədən icarəyə torpaq sahəsinin verilməsinə, Soru kənd sakini Xanlar Mürşüdov sürüşmə nəticəsində yaşayış evinin həyətinə gəlmiş torpaq kütləsinin təmizlənməsinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısının qəbulunda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verildi və bir neçə vətəndaşın problemi müsbət həll edilərək müvafiq köməklik göstərildi.