Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin Lerik şəhərindən təntənəli yola salınma mərasimi keçirildi

12 noyabr 2016 | 16:00

Noyabrın 12-də  Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən bir qrup məktəbli uşaqların “Gəncə-Şəmkir-Göygöl” rayonlarına təntənəli yola salma mərasimi keçirildi.
     Lerik rayonunun ümumtəhsil məktəblərinin 17 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarix və mədəniyyət abidələrinə, rayonun görməli yerlərinə səyahət edəcək, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
     Tur-aksiyanın iştirakçılarını yolasalma mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiyanın iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində həyata keçirilən layihələrdən danışdı,  məktəblilərə yaxşı yol arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün məktəblilər üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının  Prezidentinə minnətdarlığını ifadə etdi.

Keçidlər