Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 19 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Monidigah kənd sakini Göyçək Abdullayeva yaşayış evi ilə təmin olunmasına, Lerik şəhər sakini Şirin Cabbarova uşağına təyin olunmuş alimentin alınmasına, Barzavu kənd sakinləri Mətləb Rəcəbov, Rəsmiyyə Abbasova işlə və Kıncıvo kənd sakini Əzizəli Cəbiyev oğlunun müvafiq işlə təmin olunmasına, Blaband kənd sakinləri Tarverdi Həsənov, Həbib və Manaf Diniyevlər pay torpaq sahəsinin göstərilməsinə, Brkandul kənd sakini Fərrux Mirzəyev tikinti materialının verilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbul edilən bir neçə vətəndaşın problemi müsbət həll edildi, müvafiq köməklik göstərildi.
Rayon icra hakimiyyəti başçısının qəbulunda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.