Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 23 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Pirzəkücə kənd sakini, şəhid atası Əskər Kərimov və Bıbiyanı kənd sakini Kamil Muradov qəzalı vəziyyətdə olan evinə görə, Əliabad kənd sakini, Qarabağ müharibəsi əlili Gəray Hacıyev və Bıbiyani kənd sakini Elnaz Hüseynova qəzalı vəziyyətdə olan evi üçün tikinti materialının verilməsinə, Lerik şəhər sakinləri Zamiq Şahiyev həyətyanı torpaq sahəsinin verilməsinə, Fikrət Əliyev oğlunun, Mahirə Əmirova, İlham İbadov və Barzavu kənd sakini Elgün Əliyev işlə təmin olunmalarına, Molalan kənd sakini Sahilə Məmmədova kənd məktəbində işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi. Bir neçə vətəndaşın qaldırdığı məsələ müsbət həll edildi, onlara müvafiq köməklik göstərildi.