Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

19 oktyabr 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2016-cı ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov iştirak edirdi.
      Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda  ölkəmiz öz yolu ilə  getdiyini, öz siyasətini apardığını, heç kimin sözü ilə oturub-durmadığını və ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik olduğunu bildirdi.
      Prezident cənab İlham Əliyevin iclasda bu yaxınlarda ölkəmizdə keçirilən referendumun nəticələrinə də münasibət bildirdiyini, Azərbaycan xalqının referendumun nəticələrini dəstəklədiyini, onun iradəsinin ümumxalq səsverməsinin nəticələrində öz əksini tapdığını vurğuladı. Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformaların rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərdiyini, keçən 9 ay ərzində də əvvəlki illərdə olduğu kimi rayonumuzda aparılan quruculuq-abadlıq işləri barədə məlumat verdi və şəhərimizin küçələrində, kəndlərimizdə abadlıq işlərinin  davam etdirildiyini qeyd etdi.
      Sonra rayon icra hakimiyyəti başçısı geniş məruzə ilə çıxış etdi.
      Şura iclasında rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, kənd təsərrüfatı idarəsinin müdiri Mahmud Zahidov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
      Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının  əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbir, ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı etdirilməsi üçün aparılan siyasət, həyata keçirilən islahatlar barədə geniş məlumat verdiyini, respublikada pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı ilə bağlı ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələri diqqətə çatdırdı.  Ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Bundan əlavə, meliorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin inkişaf etdirilməsinin diqqətdə saxla¬nılmasını qeyd edərək, ölkə başçısının qarşıya qoyduğu vəzifələrlərin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.
      Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıya qoyulmuş vəzifələrlə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı.
      Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.
      Daha sonra icra hakimiyyəti başçısı Respublika Veteranlar Təşkilatı tərəfindən “General Həzi Aslanov yubiley medalı” ilə təltif edilmiş rayon veteranlar təşkilatının sədri Hidayət Bəşirova medal təqdim edildi.
      Günün ikinci yarısında Habil Əzəmmətov rayon icra hakimiyyətinin konfrans zalında  rayon icra hakimiyyəti başçısı cənab Rövşən Bağırovun iştirakı ilə ərazi icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və aidiyyəti idarə, müəssisə rəhbərləri ilə görüş keçirdi.  O, aqrar sektorun prioritet sahə olduğunu bir daha nəzərə çatdırdı və rayon üzrə ixtisaslaşmanın aparılmasının vacibliyini qeyd etdi. Təhlillərin aparılması, rentabelli sahələrin müəyyən olunması, rayon üçün ənənəvi sahə olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı yol xəritəsinin hazırlanması barədə müvafiq tapşırıqlarını verdi.

Keçidlər