Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

07 oktyabr 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, dini icma sədrlərinin, din xadimlərinin və ictimaiyyətin nümayəndələrinin iştirak ilə Şuranın növbəti iclası keçirildi.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şura iclasının gündəliyini elan edərək bildirdi ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-din münasibətlərinin təkmilləşdirilməsi sahəsində apardığı müdrik siyasətin nəticəsidir ki, Azərbaycan dünyada ən tolerant ölkə kimi tanınır, müxtəlif dinlərin və dini konfensiyaların birgə fəaliyyət göstərdiyi məkan kimi dünya ictimaiyyətinin və mediasının diqqətini cəlb edir. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə bu mövzularda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dövlətimiz tərəfindən həm İslam dininə, həm də digər dünyəvi dinlərə xidmət edən dini ibadət yerlərinin təmirinə, tikintisinə, istiliklə təminatına göstərilən diqqət bütün insanlar tərəfindən rəğbətlə qarşılanır. Dövlət başçısının dini ibadət evlərinin tikintisi ilə bağlı maliyyə vəsaiti ayırması, açılışlarında şəxsən iştirakı buna əyani nümunədir. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, respublikamızda olduğu kimi, rayonumuzda da tam dini sabitlik hökm sürür.
      Son illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rayon icra hakimiyyəti ilə birgə dövlət-din siyasətinin həyata keçirilməsi, qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərimizin və eləcə də ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması məqsədi ilə seminar-treninqlər keçirildiyini, azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə dini mühitdəki radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin məscidlərimizə, dini ibadət evlərinə təsirinin qarşısının alınması daim nəzarətdə saxlanıldığını qeyd etdi.
      Rayonumuzda 96 məscid, 10 ziyarətgah və 4 pir fəaliyyət göstərdiyini, dini qurumların icma kimi dövlət qeydiyyatından keçirilməsi istiqamətində bu il də müvafiq tədbirlərin aparıldığını, 19 dini icmanın dövlət qeydiyyatından keçərək şəhadətnamə almasını, daha 2 dini icmanın sənədlərinin Dövlət Komitəsinə təqdim olunduğunu diqqətə çatdırdı.
      Məscidlərin fəaliyyətində əsasən Ramazan və Məhərrəmlik aylarında canlanma hiss olunur. Bildiyiniz kimi bu günlər İslam aləmində hörmətlə qeyd olunur. İnanclı insanlar məscidlərə, dini ibadət yerlərinə toplaşaraq Kərbəla faciəsini yad edirlər. Dini etiqad azadlığı haqda qanunda edilən dəyişikliyə əsasən bu il keçirilən tədbirlərin ümumilikdə ibadət evlərində, məscidlərdə qeyd olunmasını, qanunvericiliyə əsasən mərasimlərdə küçə yürüşlərinə, şüarların daşınmasına və səsləndirilməsinin yol verilməzliyini vurğuladı. Qeyd etdi ki, bununla bağlı yerlərdə din xadimləri, dini icma sədrləri təbliğat işləri apararaq cəmiyyəti maarifləndirməli, dinimizin tələb etdiyi qaydalar çərçivəsində ibadətlərin, dini ayinlərin, tədbirlərin keçirilməsinə nəzarəti artıracaq, ictimai asayişin pozulmasına yönələn hərəkətlərin baş verməməsi üçün əlindən gələni əsirgəməyəcəklər.
Gündəlikdə olan “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin rayonda icrası və rayon icra hakimiyyətinin dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkilinin vəziyyəti barədə rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın arayışı dinlənildi.
      Sonra Şura iclasında Lerik şəhər məscidinin axundu İlham Əliyev, Blaband kənd məscidi dini icmasının sədri Rafiq Əkbərov, Soru kənd məscidi dini icmasının sədri, axund Əliannağı Əliyev və Lüləkəran kənd məscidinin axundu Rauf Əliyev gündəlikdə olan məsələyə münasibət bildirdilərək dövlət-din siyasətini daim dəstəklədiklərini, rayonda qanunvericiliyinin tələblərinə əməl edildiyini qeyd etdilər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
      Gündəlikdə olan məsələ müzakirə edilərək müvafiq qərar qəbul edildi.

Keçidlər