Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 23 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Rəzəvul kənd sakini, şəhid atası Təslim Əzizov odun yanacağı ilə təmin olunmasına, Lerik şəhər sakinləri Daşdəmir Paşayev, Səxavət Quliyev məhəlləyə gedən avtomobil yolunun təmirinə, Siyov kənd sakini Gülağa Həsənov işinə bərpa olunmasına, Şinəband kənd sakini Maya Məmiyeva, Barzavu kənd sakini Mətləb Rəcəbov, Lerik şəhər sakini Valeh Əsədullayev, Cəngəmiran kənd sakini Vəsilə Məmmədova işlə təmin olunmalarına, Gürdəsər kənd sakini Arif Kişiyev 65 yaşı tamam olmuşdur, müqavilə ilə işləməsinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.