Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

23 sentyabr 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələrinin iştirak ilə Şuranın növbəti iclası keçirildi.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Şura iclasının gündəliyini elan etdi.
      Sonra gündəlikdə olan “Rayonda əhaliyə göstərilən xidmət işinin (poçt, bank, rabitə, elektrik, qaz, su, yol, kommunal və istilik təminatı) vəziyyəti və onun daha da yaxşılaşdırılması üçün qarşıya qoyulan vəzifələrin icrası və payız-qış mövsümünə hazırlığı istiqamətində rayonda görülmüş işlər barədə” rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun arayışı dinlənildi.
      Gündəlikdə olan məsələ müzakirə edilərək müvafiq qərar qəbul edildi.

Keçidlər