Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

16 avqust 2012-ci il tarixdə rayon icra hakimiyyətində uzun illər dövlət orqanlarında səmərəli fəaliyyət göstərmiş M.Əliyevin təntənəli şəkildə təqaüdə yola salınması mərasimi keçirildi

17 avqust 2012 | 15:00

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı R.Bağırov açaraq bildirdi ki, uzun illər rayon icra hakimiyyətində çalışmış M.Əliyev işə yanaşma tərzinə, məsuliyyətinə və intizamına görə rayon icra hakimiyyəti başçısı kimi mənim həmişə diqqətimi cəlb edib. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamən”nin tələbi belədir və bu gün də Möhkəm müəllimi təqaüdə yola salmaq üçün toplaşmışıq. M.Əliyev uzun illər dövlətimizin ən mühüm sahələrində işləyib, vətənimizə, dövlətimizə xidmət edib. Mən bundan sonrakı həyatında da ona uzun ömür, möhkəm cansağlığı, həmişə belə şux, cavan qalmasını arzu edirəm. Bu gün işdən getməklə ictimaiyyətdən gen düşmək olmaz. Bilirəm ki, Möhkəm müəllim ictimaiyyətin arasında böyük nüfuza malik olan şəxsdir. İnanıram ki, bir ağsaqqal və ən əsası isə təcrübəli bir hərbiçi kimi bundan sonra da gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən tədbirlərdə, ümumrayon tədbirlərində iştirak edərək dəyərli tövsiyyələrini verəcək.
Sonra Səfərbərlik və hərbi çağırış şöbəsinin rəisi Elməddin Cəfərov, YAP rayon təşkilatının sədri Elxan Qənbərov, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Təhməz Əliyev çıxış edərək xoş arzularını bildirdilər.
Sonda M.Əliyev çıxış edərək göstərilən qayğı və diqqətə görə həm ölkə Prezidentinə, həm də rayon icra hakimiyyəti başçısına minnətdarlığını bildirdi.
Rayon icra hakimiyyəti başçısı R.Bağırov uzun illər dövlət orqanlarında səmərəli fəaliyyət göstərdiyinə görə M.Əliyevə Fəxri Fərman və hədiyyələr təqdim etdi.
 

Keçidlər