Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

İsrailin səfiri Lerikə səfərə gəlmişdir

07 sentyabr 2016 | 16:00

07 sentyabr 2016-cı il tarixdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Lerik rayonunda rəsmi səfərdə olmuşdur.
      Səfər ərzində səfiri xanımı Gili Stav, missiya rəhbərinin müavini Amir Rom, səfirliyin İqtisadi və Ticarət Əlaqələri departamentinin rəhbəri Kəmalə Ramazanova müşayiət edirdi.
      Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov arasında görüş oldu. Çay süfrəsi arxasında davam edən görüşdə rayon icra hakimiyyəti başçısı qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirləri qeyd etdi, rayonun turizm potensialı və  son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırdı.
      Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən cənab Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini bildirdi, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını  və burada olmasından məmnun qaldığını bildirdi.
      Görüş zamanı səfir Dan Stava rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr, rayon haqqında yazılmış kitablar və təbii Lerik balı təqdim edildi.
      Səfər çərçivəsində qonaqlar “Uzunömürlülər” və rayon tarix diyarşünaslıq muzeyində eksponatlarla, rayonun bir sıra tarixi və mədəni abidələri ilə yaxından tanış olmuşdur. Həmçinin qonağa rayonumuzun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verildi.
      Sonra səfir rayonun Zuvand ərazisində təbiət mənzərələri, “Xəyyam-E” MMC-in arıçılıq təsərrüfatı ilə yaxından tanış oldu. “Xəyyam-E” MMC-in rəhbəri Elxan Nurullayev səfirə Zuvand yasaqlığında bitən müxtəlif növ dərman bitkiləri, arı məhsulları və təmiz dağ balı hədiyyə etdi. Daha sonra səfirlə çay süfrəsi arxasında söhbət aparıldı. Zuvand ərazisi, “Diabar” çökəkliyinin zəncin flora və faunası haqqında qonağa ətraflı məlumat verildi.

Keçidlər