Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuranın növbəti iclası keçirildi

19 avqust 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, icra hakimiyyəti başçısı aparatı işçilərinin, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin və ərazi icra nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
      İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov “2016-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi və mədəni  inkişafını təmin etmək məqsədilə ayrılmış büdcə vəsaitinin rayon Gənclər və İdman idarəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Orand, Pirasora, Nuravud və Qosmalıan inzibati ərazi dairələrində səmərəli istifadə edilməsinin icrası vəziyyəti barədə” geniş məruzə ilə çıxış edərək görülən işlər barədə ətraflı məlumat verdi, bir sıra mövcud nöqsanları diqqətə çatdırdı.
      Şura iclasında rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev, aparatın hüquq şöbəsinin müdiri Araz Quliyev, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
      Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı görülən işlər və qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
      İcra hakimiyyəti başçısı, eyni zamanda, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı.
      Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.
      Sonda icra hakimiyyəti başçısı Rövşən Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza yüksək qayğı və diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafını təmin etmək, əhalinin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir neçə dəfə sərəncam imzaladığını qeyd etdi. Bu ildə dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində imzaladığı sərəncamla uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə rayon icra hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəyəli Bədəlovun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırdı, bunu  rayonun bütün ziyalılarına verilən qiymət olduğunu qeyd etdi.
     Sonra rayon icra hakimiyyəti başçısı “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Bəyəli Bədəlova təqdim etdi.

Keçidlər