Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Bölgələrdə kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud ehtiyatların araşdırılması məqsədilə yaradılan İşçi qrupunun rayonda fəaliyyət göstərən sahibkarların, fermerlərin və mütəxəssislərin iştirakı ilə müşavirəsi keçirildi

04 avqust 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin, aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupu avqustun 4-də Lerik rayonunda olmuş və rayon Mədəniyyət Mərkəzində rayonda fəaliyyət göstərən sahibkarların, fermerlərin və mütəxəssislərin iştirakı ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar və sənaye məsələləri şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri Azər Əmiraslanov, Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev iştirak edirdilər.
Müşavirədə giriş sözü ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyev rayonda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyət və aqrar sektorun perspektivləri ilə bağlı məlumat verdi. Lerik rayonunda zəngin əkinçilik ənənələrin olduğunu,  bu ənənələr bu gün də uğurla davam etdirildiyini qeyd etdi.
Bildirdi ki, rayonda kənd təsərrüfatına yararlı torpaq sahələri  61898 hektardır. Bundan 11433 hektar əkinə yaralı, 382 hektar çoxillik əkmələr, 2643 hektarı biçənəklər, 35971 hektar örüş torpaqları, 4950 hektar yay otlaq sahəsi, 40306 hektarı isə meşə fondu torpaqlarıdır. 2016-cı ildə cəmi 4255 hektar sahədə əkin aparılmışdır ki, bundan 2800 hektarda payızlıq, 2247 hektarda isə yazlıq bitkilər əkilmişdir.
Müşavirədə çıxış edən Prezident Administrasiyasının Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirdi ki, cənab Prezidentin bu gün aqrar sahənin, xüsusi ilə qeyri neft sektorunun davamlı inkişafına nail olmaq məqsədi ilə qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək üçün əlaqələndirici orqan kimi yaratdığı işçi qrupunun əsas məqsədi kənd təsərrüfatı sahəsində görülən işləri yerlərdə qiymətləndirmək və yerli icra orqanlarının bu sahədəki fəaliyyətini əlaqələndirmək, rayonlarda aqrar sahədə çalışanlarla keçirilən görüşlərdə kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan səmərəli istifadə edilməsi ilə bağlı təklifləri öyrənməkdir.
Lerik rayonunda aqrar bölmənin inkişafı sahəsində görülən işlər barədə məlumat verən natiq ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilk növbədə regionlardan, rayonlardan başlandığını qeyd etdi.
Lerikdə  kənd təsərrüfatının üzün müddətli inkişafına yalnız daxili bazarda satılan məhsullarla deyil, rəqabət qabiliyyətli məhsulların xarici ölkələrə ixrac olunması ilə mümkün olduğunu diqqətə çatdırdı.
Azər Əmiraslanov kənd təsərrüfatı sahəsində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu qeyd edərək müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət etdi.
Diskussiya şəraitində davam edən müşavirədə çıxış edənlər rayonda aqrar sektorun inkişafı ilə bağlı taxıl, kartof, tütün, heyvandarlıq, arıçılıq, bağçılıq, tərəvəzçilik  sahələrinin inkişaf etdirilməsi, emal müəssisələrinin (yun, süd, ət, bal) yaradılması, soyuducu anbarların, tədarük məntəqələrinin  tikilməsi, “Aqrolizinq” rayon filialının yaradılması,  güzəştli kreditlərin verilməsi məqsədi ilə “Aqrobankların” rayon filallarının yaradılması, rayonda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi, subartezian quyularının qazılması, su tutarlarının qurulması, torpaq analizlərinin aparılması, əvvəllər rayona təhkim olunmuş qış otlaq sahələrinin rayonumuza qaytarılması və digər təkliflərini bildirmişlər.
İşçi qrupun üzvləri verilən təklifləri təhlil edərək onların hər birinə müsbət yanaşılacağını qeyd etdilər.
Müşavirədən sonra işçi qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri “Xan-nad” Elmi İstehsalat Şirkətinin Peştətük kəndində tikilməkdə olan spirtsiz işçilər və şirə sexinə və  Piran kəndində “Lerik-Broyler” MMC-yə baxış keçirdilər və istehsal prosesi ilə yaxından tanış oldular.

Keçidlər