Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı oldu

21 iyul 2016 | 16:00

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Kənd Təsərrüfatı Naziri Heydər Əsədov öncə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
     Sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Lerik Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılış mərasimi keçirildi. Rayon icra hakimiyyəti başçısı, kənd təsərrüfatı naziri və tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olub, baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarının iş otaqlarına baxış keçirilmişdir. Nazir kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanışlıq olmuş, bir qrup mexanizatora sürücülük vəsiqələri təqdim edilmişdir.  .
      Daha sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və Kənrd Təsərrüfatı Naziri Heydər Əsədov təlim təcrübə mərkəzində “Aqrolizinq” ASC-dən region üzrə güzəştli şərtlərlə texnika almış bir qrup vətəndaşlara sənədlər təqdim etdilər.
     Sonra mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, kənd təsərrüfatı naziri Heydər Əsədov yeni açılmış kənd təsərrüfatı idarəsinin inzibati binasının qəbul otağında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etdi.
      Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Keçidlər