Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

19 iyul 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
     Öncə Operativ İdarəetmə Mərkəzi ilə Piran kənd inzibati ərazi dairəsindən olan vətəndaş qəbul edildi. Piran kənd sakini Sədaqət Zeynalova yarımçıq qalmış fərdi evinin tikintisinə icazə verilməsini xahiş etdi. Ərazi icra nümayəndəsi məlumat verərək bildirdi ki, vətəndaş S.Zeynalova fərdi yaşayış evini pay torpağında tikdiyi üçün tikinti dayandırılmış və bununla bağlı onunla bağlı müvafiq izahat işi aparılmışdır. Lakin o, yenidən tikintiyə başlamaq istəyir. Rayon icra hakimiyyəti başçısı vətəndaşın müraciətinin araşdırılması və qanunamüvafiq tədbir görülməsi üçün Memarlıq və tikinti şöbəsinin müdirinə müvafiq tapşırıq verdi. Qanunvericiliyin tələbinə əsasən pay torpağında hər hansı tikintinin aparılmasının yolverilməz olduğunu vətəndaş bir daha izah etdi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 21 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
     Şonaçola kənd sakini, şəhid qardaşı Elnur Məhərrəmov həyətinə gələn su xəttinin təmirinə, Babakücə kənd sakini Məhərrəm Qurbanov maddi vəziyyətinin çətin olması, güzəştli şərtlərlə kreditin verilməsinə, Lerik şəhər sakinləri, Valeh Əsədullayev işlə təmin olunmasına, Hava Ağayeva yaşadığı evin sənədləşdirilməsinə, Sorsçay kənd sakini Dəmir Zülfiyev xəstə uşağının müalicəsinə, Qələbin kənd sakini Ələsgər Məmmədov və Şivlə kənd sakini Bəybala Talıbov maddi yardım verilməsinə, Lerik şəhər sakini Tofiq Tağıyev və Barzavu kənd sakini Murad Əsgərov oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdilər.
     Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər