Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirildi

11 iyul 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayonun din xadimlərinin, məscid dini icma sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı və komitənin Lənkəran regional şöbəsinin müdiri Qağayı Məmmədov iştirak edirdi.
      Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə  məlumat verdi. Bildirdi ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi strateji kursun nəticəsidir ki, Azərbaycan dünyada ən tolerant ölkə kimi tanınır, müxtəlif dinlərin və dini konfessiyaların birgə fəaliyyət göstərdiyi məkan kimi dünya ictimaiyyətinin və mediasının diqqətini cəlb edir.
    Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda məruzə etdi. Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olduğunu, Cənab Prezidentin həyata keçirdiyi siyasət və xalqımızın tarixlər boyu bu dəyərlərə verdiyi önəmin, insanpərvər və sülhsevər siyasət nəticəsində ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrildiyini bildirdi. Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixdə sərəncam imzalaması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğunu qeyd etdi.
     Son illər ölkəmizdə bu mövzularda müxtəlif beynəlxalq tədbirlər keçirildiyini, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində Respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırdı.
      Məruzə ətrafında Lerik şəhər “Cümə” məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı İlham Əliyev, Peşə məktəbinin direktoru, tarixçi Hüseynbala Əliyev,  Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, ağsaqqal Musa Bədəlov, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək həmişə həm dövlətçiliyə, həm də dini və milli adət-ənənələrə sadiq olan Lerikdə tam dini sabitliyin olması,  Azərbaycandakı dünyaya nümunə olan tolerantlıq mühitinin qorunması məqsədilə dini mühitdəki radikal elementlərin, ekstremist fikirlərin, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin məscidlərimizə, dini ibadət evlərinə təsirinin qarşısının alınması daim nəzarətdə saxlanıldığını qeyd etdilər.

 

Keçidlər