Polis orqanlarının peşə bayramı qeyd edildi
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə polis işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər güllər düzdülər.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikov açaraq polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdırdı, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd etdi. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisin göstərdiyi xidmətlərdən danışdı.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov polis əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdi, çətin və şərəfli peşələrində uğurlar arzuladı.