İftar süfrəsi verildi
Lerik şəhərindəki “Xeyir-şər” evində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə şəhid ailələri, Böyük Vətən Müharibəsi, Qarabağ müharibəsi, Çernobl əlilləri, imkansız ailələr, ağsaqqallar və ictimaiyyət nümayəndələri üçün 300 nəfərlik iftar süfrəsi verildi.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıldı.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi. Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu bildirdi. Azərbaycanda və eləcə də Lerik rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı.
Daha sonra Ramazan duası oxundu.