Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

07 iyun 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 32 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
     Noda kənd sakini, şəhid anası Nəsibə Nəciyeva yaşayış evi tikilməsinə, Tikəband kənd sakinləri Rizvan Abbasov və Elşən Hacıyev kənd məktəbində, Livədirqə kənd sakini Asif Həmidov, Sivəkəran kənd sakini Elşən Fərziyev işlə təmin olunmalarına, Blaband kənd sakini Məmmədova Nailə yaşayış evi tikməkdən ötrü inşaat materialının verilməsinə, Lerik şəhər sakinləri, Bəxtiyar Təhməzov intensiv yağan yağış nəticəsində həyətinə axan sel sularının qarşısının alınmasından ötrü su ötürücüsünün çəkilməsinə, Səkinə İsmayılova içməli su probleminin həllinə, Qələbin kənd sakini Cəbrayıl Şalıyev ödənişli əsaslarla təhsil alan oğlunun təhsil haqqının ödənilməsinə, Camaşair kənd sakini Vüsal Əzizov xəstə uşağının müalicəsinə köməklik göstərilməsini xahiş etdilər.
   Digər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər