Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 iyun- “Dövlət qulluqçularının peşə bayramı” günüdür.

23 iyun 2012 | 15:00

22 iyun 2012-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin akt zalında 23 iyun- “Dövlət qulluqçularının peşə bayramı” münasibətilə yığıncaq keçirildi. Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini A.Vəliməmmədova açdı. O,dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi və bu işlərin bu gün də Möhtərəm Prezidentimiz tərəfindən uğurla icra olunduğunu vurğuladı. Dövlət qulluqçularının peşə bayramının təsis olunmasını dövlət qulluqçularına göstərilən diqqət və qayğının təzahürü kimi qeyd etdi.
23 iyun- “Dövlət qulluqçularının peşə bayramı” gününə həsr olunmuş məruzə ilə rayon icra hakimiyyəti başçısı aparatı aqrar məsələlər şöbəsinin baş məsləhətçisi, Dİ və ixihi Lerik Rayon Komitəsinin sədri Vüqar Mirzəyev çıxış etdi. Sonra məruzə ətrafında çıxışlar oldu.
Tədbirin sonunda 8 nəfər dövlət qulluqçusuna yubileyləri münasibətilə və dövlət idarəetmə orqanlarında uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə rayon icra hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
 

Keçidlər