Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

26 aprel 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 26 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
     Laman kənd sakini Mehriban Rzayeva şəhid ailəsi kimi yaşayış evi ilə təmin olunmasına, Veri Əliabadi kənd sakini Sevda Orucova, Blaband kənd  sakini Müqəddəs Əliyev həyətyanı torpaq sahəsinin ayrılmasına, Biləvər kənd sakini Gülabi Əbilova yanğına məruz qalmış yaşayış evinin döşəməsinin bərpa edilməsinə, Günəşli kənd sakini İradə Mövlanova tikinti materialları verilməsinə, Qarabağ əlilləri olan Lerik şəhər sakinləri Bəhlul Rərimov həyətyanı torpaq sahəsinin ayrılmasına, Cəlal Məmiyev isə mövsümü çayxana fəaliyyəti üçün torpaq sahəsinin ayrılmasına, Tamara Əliyeva oğluna həyətyanı torpaq sahəsinin ayrılmasına, Şəhla Qasımova mənzil tikintisinə, Orand kənd sakini Həmzə Rüstəmov, Blaband kənd sakini Həbib Diniyev, Soru kənd sakini Ağaddin Səfərov övladlarının işlə təmin olunmasına, Rvarud kənd sakini Əvəz Abbasov nəvəsinin, Lerik şəhər sakini Kamal Əzizov işlə təmin olunmalarına, Züvüc kənd sakinləri Xanəli Əmrəliyev, Barat Xanıyev torpaq mübahisəsinin həllinə köməklik göstərilməsini xahiş etdilər.
     Qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər