Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun Mistan kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir

15 iyun 2012 | 15:00

14 iyun 2012-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun Mistan kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir. Qəbulda Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti üzrə idarə, təşkilat və müəssisə rəhbərləri iştirak etmişlər. Görüş-qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan problemlər və verilən təkliflərlə bağlı aidiyyəti üzrə idarə rəhbərlərinə tapşırıqlar verilmişdir. Sakinlər Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lerik-Qosmalıan-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə maliyyə vəsaitinin ayırmasına və əhaliyə göstərilən qayğı və diqqətə görə Cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər. Mistan kəndində məktəb binasının əsaslı təmirinə, yeni poçt və klub binasının tikintisinə, içməli su probleminin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Səsləndirilən həlli mümkün məsələlərin icrası ilə bağlı yerindəcə tapşırıqlar verilmişdir.

Keçidlər