Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Çernobıl əlilləri ilə görüş keçirildi

26 aprel 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun Çernobıl hadisəsinin 30 illiyi ilə əlaqədar rayonda yaşayan Çernobıl əlilləri ilə  görüşü keçirdi.
    Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov əlillərlə səmimi görüşdü. Son günlər cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının alınmasında Azərbaycan ordusunun əldə etdiyi uğurları diqqətə çatdırdı. Bildirdi ki, sizlər də o vaxt hərbi borcunuzu ləyaqətlə yerinə yetirən zaman əlil olmuşsunuz. Həmin hadisədən artıq 30 il keçir. Faciənin vurduğu ziyanın fəsadları aradan qaldırılsa da, Çernobıl hadisəsinin bilavasitə iştirakçısı olduğunuz üçün onun fəsadları sizin səhhətinizdə hələ də özünü büruzə verir. Daha sonra natiq dövlət başçısının əlillərə, o cümlədən Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğı nəticəsində onlar üçün yaradılmış şəraitdən bəhs edərək bu istiqamətdə rayonda görülmüş işləri diqqətə çatdırdı. Hər il ənənəvi olaraq aprel ayında Çernobıl əlilləri, 3 Dekabr Beynəlxalq Əlillər Günündə isə Qarabağ Əlilləri ilə belə görüşlərimiz keçirilir. Çalışırıq ki, sizləri narahat edən məsələləri birlikdə müzakirə edək, həlli yollarını araşdıraq. Sonda rayon icra hakimiyyəti başçısı Çernobıl əlillərini  dinlədi, onları narahat edən məsələlərlə bağlı fikirlərini bildirdi, həlli mümkün problemlərin aradan qaldırılması üçün tapşırıqlar verdi.
    Tədbirdə iştirak edən Çernobıl əlilləri Tarverdiyev Sarəddin, Qubadov Teymur, Şirəliyev Bəxtiyar çıxış edərək ölkə başçısı tərəfindən daim onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Onlara rayon icra hakimiyyəti tərəfindən il ərzində müalicə olunmaqdan ötrü göstərilən maddi dəstəyə görə təşəkkür etdilər.
     Sonda rayon icra hakimiyyəti başçısı tərəfindən Çernobl əlillərinə maddi yardım göstərildi. Səhhətində yaranmış problemlə əlaqədar Vistən kənd sakini Tarverdiyev Sarəddinə rayon icra hakimiyyəti tərəfindən maddi dəstək göstərildi.

Keçidlər