Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

19 aprel 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 28 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
      Yuxarı Bilnə kənd sakini Mirhüseyn Abbasov yağan güclü yağış nəticəsində sıradan çıxmış kənd yolunun təmirinə, Təbrizli kənd sakini Müqabil Ağayev sel suları nəticəsində dağılmış körpünün bərpasına, Durğan kənd sakini, şəhid atası Sərməst Həsənov torpaq sürüşməsi nəticəsində bağlanmış kənd yolunun açılmasına, Lerik şəhər sakinləri Sevda Abdulova, Ağacan Ağacanov, Məmməd Nəzərov evlərinə su xəttinin çəkilməsinə, İmran Əhmədov, Lətafət Nəzərova, Şənlik Məmmədov işlə təmin olunmalarına, Barzavu kənd sakinləri Bəfa Rəcəbov oğlunun işlə təmin olunmasına, Gülpəri Cavadova, Həzər Mirzəyev ünvanlı dövlət sosial yardımının təyin edilməsinə, Soru kənd sakini Afət Veysəlova maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş etdilər.
      Qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər