Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 30 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Lerik şəhər sakinləri Məmmədov Sabir evinin dam örtüyünün təmirinə, Şahıyeva Telli evinə su xəttinin çəkilməsinə, Abiyev Əhməd və Mövlanov Hikmət fermer təsərrüfatları üçün güzəştli şərtlərlə texnikanın alınmasına, Monidigah kənd sakini Abdullayev Tofiq su istehsalı ilə məşğul olmaqdan ötrü kredit götürməsinə, Blaband kənd sakini Hüseynov Kənan evlə təmin olunmasına, Almu kənd sakini Abbasova İradə, Lerik şəhər sakini Quliyev Xadis, Vistən kənd sakini Şirəliyeva Xanxanım, Bıbiyanı kənd sakini Nemətova Əzizə maddi yardım göstərilməsinə, Lerik şəhər sakini Əliyeva Həqiqət ticarət obyekti üçün ayrılmış torpaq sahəsi üçün sənədin verilməsinə, Göydərə kənd sakini Əliyev Mübariz kənddə su bəndinin tikilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbul olunmuş digər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.