Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

05 aprel 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 31 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
      Kələxan kənd sakini, Qarabağ müharibəsi əlili Xurşid Məmmədov evinə telefon xəttinin çəkilməsi və qaz xəttindəki nasazlığın aradan qaldırılmasına, Züvüç kənd sakini Gülnisə Abdullayeva qəzalı vəziyyətə düşmüş evinin bərpasına, Barzavu kənd sakini Mətləb Rəcəbov, Lerik şəhər  sakini Şənlik Məmmədov müvafiq işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş etdilər.
     Qəbul olunmuş digər vətəndaşlar tərəfindən də qaldırılan problemlərin bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan məsələlərin icrasına köməklik göstərilməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər