Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi

31 mart 2016 | 16:00

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi.
       Soyqırım qurbanlarının xatirəsi sükutla yad edildi.
      Giriş nitqi ilə çıxış edən  rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 98 il əvvəl -1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 1918-ci ilin mart qırğınları ermənilərin  azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk  siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Bu gün dövlət başçısı və Heydər Əliyev Fondunun rəhbərliyi ilə dünyanın aparıcı dövlətlərində xalqımızın başına gətirilmiş soyqırım aktlarının tanıdılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir.
      Daha sonra rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov, texniki peşə məktəbinin direktoru Hüseynbala Əliyev  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası nəticəsində dünya dövlətlərinin bir sıra parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırdılar. Bu tarixi faciələrin gələcək nəslə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar.

Keçidlər