Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Sumqayıt, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lerik rayonunda olmuşlar

26 mart 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında respublikanın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün keçirilən ekskursiya turlarının növbəti mərhələsində Sumqayıt, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının məktəbliləri martın 26-da Lerik rayonunda olmuşlar.
   Məktəbliləri Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşıladılar.
   Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov qonaq məktəbliləri salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışdı. Son illərdə cənab Prezidentin qayğı və diqqəti ilə Lerik rayonunda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində həyata keçirilən layihələr, rayon qədim tarixi haqqında şagirdlərə ətraflı məlumat verdi.
     Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.  Heydər Əliyev Mərkəzində olan məktəblilər ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış oldular.
   Tur-aksiya iştirakçıları həmçinin “Uzunömürlülər” və rayon tarix-diyarşünaslıq muzeylərində nümayiş etdirilən eksponat və fotoşəkillərə baxış keçirdilər.
    Rayonun tarixi, etnoqrafiyasını və görülmüş işləri əks etdirən məlumat kitabçaları qonaqlara hədiyyə edildi.
     Sonda tədbir iştirakçıları rayonun turizm obyektləri ilə tanış oldular, “Relax” turizm istirahət mərkəzində nahar etdilər.

Keçidlər