31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirilib
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Lerik şəhərinin Heydər Əliyev meydanında yeni ilin rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov rayon əhalisini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb.
Tədbirdə rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs və musiqi kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olunub.
Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik edərək uşaqlara hədiyyələr paylayıb.