Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib

29 dekabr 2023 | 15:54

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Lerik Rayon Mədəniyyət Mərkəzində Şaxta Baba və Qar qızın iştirakı ilə bayram tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov rayon əhalisini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb. Qeyd edib ki, ilk dəfə olaraq yeni il şənlikləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun qəhrəmanlığı, şəhidlərimizin qanı bahasına azad edilmiş suveren respublikamızın bütün ərazisində keçirilir.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən qonşu rayonların musiqi kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olunub.

Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik edərək uşaqlara hədiyyələr paylayıb.

Keçidlər