Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyası çərçivəsində Yevlax, Ucar, Zərdab, Ağdam, Laçın, Kəlbəcər, Xocalı və Xocavənd rayonlarının məktəbliləri Lerikdə

18 mart 2016 | 16:00

“Ölkəmizi tanıyaq” devizi altında respublikanın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin 9–11-ci sinif şagirdləri üçün keçirilən ekskursiya turlarının növbəti mərhələsi çərçivəsində Yevlax, Ucar, Zərdab, Ağdam, Laçın, Kəlbəcər, Xocalı və Xocavənd rayonlarının məktəbliləri martın 18-də Lerik rayonunda olmuşlar.
      Məktəbliləri Lerik şəhərinin Heydər Əliyev meydanında rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşıladılar.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiyanın iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlərdən, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində həyata keçirilən layihələrdən danışdı, rayon haqqında şagirdlərə ətraflı məlumat verdi.
      Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış oldular.
    Tur-aksiya iştirakçıları həmçinin “Uzunömürlülər” və rayon tarix-diyarşünaslıq muzeylərində nümayiş etdirilən eksponat və fotoşəkillərə baxış keçirdilər.

Keçidlər