Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məsullarının satış yarmarkası keçirildi
15 mart 2016 | 16:00
Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edildi. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, toyuq, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılmışdı.
Rayon icra hakimiyyətinin dəstəyi ilə yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 % aşağı qiymətə satılmışdır.
Yarmarkada iştirak edən sakinlər bayram qabağı göstərdiyi bu təşəbbüsə görə rayon icra hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildirdilər.