Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əhalinin tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir

01 mart 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2016-cı il fevralın 15-dən respublikamızda həyata keçirilən əhalinin kütləvi tibbi müayinəsi kampaniyası Lerik rayonunda yüksək mütəşəkkilliklə davam edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üçün konkret gün müəyyən olunmuşdur.
Tibbi müayinələr 2010-cu il iyunun 25-də cənab Prezidentin iştirakı ilə açılışı keçirilmiş rayon mərkəzi xəstəxanasında aparılır. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün burada ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Burada əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır.
Sakinlər rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssislər tərəfindən hərtərəfli tibbi müayinələrdən keçirilir. Xəstəxananın kollektivi bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Tibbi müayinələr nəticəsində hər hansı xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
    2016-cı il fevralın 15-dən martın 1-dək 4724 nəfər sakin tibbi müayinədən keçmişdir. Xəstəlik aşkar edilən vətəndaşlardan 274 nəfəri ambulator, 10 nəfəri isə stasionar müalicəyə cəlb edilmişdir. Müalicəsi rayonda mümkün olmayan xəstələr yollayışla Bakı şəhərindəki müvafiq səhiyyə müəssisələrinə göndərilir. İndiyədək  6 nəfər müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
Tibbi müayinədən keçən sakinlər yaradılan şəraitdən, işin təşkilindən razılığını bildirir, növbəti humanist addıma – hər bir vətəndaşın sağlamlığına yüksək diqqətinə və qayğıkeş münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Tibbi müayinələrin mütəşəkkil keçirilməsi və aksiyanın səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər davam etdirilir. Tibbi müayinə aksiyası mayın 2-dək keçiriləcəkdir.

Keçidlər