Vətəndaşların qəbulu keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 44 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
Lerik şəhər sakini, şəhid anası Aslanova Əsnay oğlunun yaşadığı evinə sənəd verilməsinə, Bıbiyani kənd sakini Ağayeva Laləzər xəstə uşağının əməliyyat olunmasına köməklik göstərilməsinə, Cəngəmiran kənd sakini Mehdiyev İslam ticarət obyektinin tikintisinə razılıq verilməsinə, Blaband kənd sakini Əliyev Rəsul zəbt olunmuş torpaq sahəsinin asudələşdirilməsinə, Monidigah kənd sakini Abdullayev Zaur şəkər çuğunduru əkməkdən ötrü güzəştli şərtlərlə kreditin alınmasına, Lələdulan kənd sakini Nəcəfov Daşqın xəstə uşağının müalicə olunmasından ötrü ona maddi yardımın göstərilməsini, Bıbiyani kənd sakini Muradov Kamil qəzalı vəziyyətdə olan evinin bərpası və ya yeni evin tikintisinə, Orand kənd sakini Rəhimov Firuz, Lerik şəhər sakini Vahabova Gülxarə, Osnağakücə kənd sakini Məmmədov Cəlal, Rvarud kənd sakini Abbasov İlkin müvafiq işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş etdilər.
Qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi, həlli mümkün olan təkliflərin icrasına köməklik göstərilməsi, qəbulda olan digər vətəndaşların maddi və ünvanlı dövlət sosial yardımı istəməsi, işlə təmin olunmaq və başqa problemlərlə bağlı müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.