Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şonaçola kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə, eləcə də regionlarda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri vətəndaşlarının rifah halının yaxşılaşmasına xidmət edir. Hər kəsə məlumdur ki, dünyada baş verən proseslər ölkəmizə də təsirsiz ötüşməyə bilməzdi. Buna baxmayaq möhtərəm Prezidentin həyata keçirdiyi antiböhran tədbirləri, imzaladığı sərəncamlar nəticəsində əhalinin bütün təbəqələri arasında dövlətə inam bir daha artdı. Biz də ixrac məhsullardan asılılığı aradan qaldırmaq, daxili məhsul istehsalını artırmaq üçün kənd təsərrüfatının dirçəldilməsində maraqlı olmalıyıq. Ərzaq məhsulları ilə özümüzü tam təmin etməliyik. Rayonumuzda da bu sahədə şərait vardır. Əkinəyararlı torpaqlar boş qalmamalıdır. Yeni iş yerlərinin açılması ilə bağlı emal müəssisələrinin, turizm mərkəzlərinin, fermer təsərrüfatlarının yaradılmasına təşəbbüskarlıq artırılmalıdır. Bütün bunlarla yanaşı cənab Prezidentin də hər zaman qeyd etdiyi kimi sosialyönümlü layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür və bunlar davamlı olacaqdır. Rayonumuzda da bu istiqamətdə işlər görülür. Ərazilərdə qazlaşdırma, əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, yol çəkilişi, məktəb binalarının tikintisi davam etdiriləcəkdir. Rayonumuzun müxtəlif ərazilərindən olan sahibkarlarla, kənd təsərrüfatı mütəxəssisləri ilə görüşür, bu sahədə təklif və çatışmazlıqları dinləyirik. Çalışırıq ki, cənab Prezidentimizin qarşımıza qoyduğu vəzifələri icra edək, sizlərlə bir yerdə rayonumuzun aqrar rayonlar sırasında inkişafına nail olaq.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən içlərlə bağlı minnətdarlıqlarını bildirdilər. Rayon icra hakimiyyəti başçısından Şonaçola kənd orta məktəbi üçün yeni binanın tikilməsinə, kənd təsərrüfatı texnikasının verilməsinə, heyvandarliği inkişaf etdirməkdən ötrü cins mal-qara alınmasına, əkin üçün taxıl və kartof toxumunun verilməsinə, istehsal olunan meyvənin satışını həyata keçirmək üçün meyvə emalı sexi tikintisinə, ərazidən rayon mərkəzinə marşrut xəttin açılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.